Türkiyə XİN: 1915 ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik

24.04.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
Qeyd olunub ki, Türkiyə qlobal səviyyədə və öz bölgəsində hər zaman sülh, dialoq, qarşılıqlı anlaşma və ortaq rifahın inkişafının tərəfdarı olub.
“Ölkəmiz bu anlayışla arxivlərini açmış, 1915-ci il hadisələrini ədalətli və elmi şəkildə araşdırmaq üçün Birgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Sizə xatırladırıq ki, radikal dairələrin tarixdən düşmənçilik yaratmaq cəhdlərinə təşviq edilməməlidir və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək çağırışımızı təkrar edirik” , - deyə bəyanatda vurğulanıb.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью