Türkiyə XİN: Avropa Parlamentinin qətnaməsi qərəzli və etibarsızdır

10.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin son qətnamələrində Türkiyə Silahlı Qüvvələrinə qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edir. Ankara rəsmi olaraq bu qətnamələri əsassız və etibarsız hesab edir: “Biz Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyinin bu qətnamə ilə bağlı açıqlamasını tam dəstəkləyirik”.

Məlumatı “Anadolu” verib. 

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində dərc olunmuş açıqlamasında bildirilir.

Ankaranın fikrincə, AP-nin alçaq böhtan hücumları ilə dolu qətnaməsi Avropa İttifaqının, xüsusən də Avropa Parlamentinin qərəzli və təhrif olunmuş yanaşmasının daha bir nümunəsidir.

Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb: “Alçaq və böhtan xarakterli bəyanatlarla dolu bu qətnamə Avropa İttifaqının, xüsusən də Avropa Parlamentinin müəyyən dairələrinin təsiri altında Kipr məsələsinə qarşı qərəzli və təhrif olunmuş yanaşmasının daha bir nümunəsidir. Avropa İttifaqı institutlarının Kipr məsələsinə getdikcə tarixi reallıqlardan və qərəzsizlik prinsipindən kənara çıxan bir şəkildə yanaşması narahatlıq doğurur”.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью