Türkiyə XİN Azərbaycanı təbrik etdi

08.11.2024

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Qardaş Azərbaycanı qədim torpağı - Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik və bu böyük qələbənin iştirakçısı olmuş qazilərimizi minnətdarlıqla xatırlayırıq”, - paylaşımda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью