Türkiyə XİN Azərbaycanı təbrik etdi

08.11.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Qardaş Azərbaycanı qədim torpağı - Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik və bu böyük qələbənin iştirakçısı olmuş qazilərimizi minnətdarlıqla xatırlayırıq”, - paylaşımda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью