Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması son mərhələdədir".
Reyting.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, Türkiyə Böyük Millət Məclisindəki çıxşımnda daha sonra deyib ki, Cənubi Qafqazda daimi sülhə fürsət yaranıb: var: "Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının son mərhələsindəyik. Türkiyə onlar arasındakı ikitərəfli danışıqlara bütün imkanları ilə dəstək verir".
E.ARAZ
Reyting.az