Türkiyə XİN Bakının azad olunmasının 107 ci ildönümü ilə bağlı Azərbaycan xalqını təbrik edib

15.09.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabına paylaşım edilib.

"Can Azərbaycanın paytaxtı Bakının işğaldan qurtuluşunun 107-ci ildönümü münasibətilə qardaş Azərbaycan xalqını ən səmimi arzularımızla təbrik edirik. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və dərin ehtiramla yad edirik", - deyə paylaşımda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью