Türkiyə XİN başçısı NATO tədbirinə qatılacaq

02.12.2024

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Xarici işlər naziri Hakan Fidan NATO Xarici İşlər Nazirləri Toplantısına qatılacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tədbir dekabrın 3-4-də keçiriləcək. 

Məlumata görə, nazir Fidan iclaslarda başda Qəzzadakı vəziyyət, bölgədə terrorla mübarizə, Suriya və Ukraynadakı müharibələr ətrafında görüşlər keçirəcək.

Bildirilib ki, bu dəfəki iclasda NATO üzvü olmayan İordaniya kralı Abdulla da iştirak edəcək: "Onun iştirakı və məruzəsi ilə Yaxın Şərqdəki böhran və NATO ilə İordaniya arasında əməkdaşlıq müzakirə olunacaq".

Tahir Şəlvəli
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью