Türkiyə XİN Cənubi Kiprin silahlanması barədə xəbərdarlıq edib

06.12.2024

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Türkiyə Xarici İşlər Nazirliyi Cənubi Kiprin silahlanması barədə bəyanat yayıb.

“Report” xəbər verir ki, sənəddə Cənubi Kiprin son zamanlar silahlanma fəaliyyətini sürətləndirdiyinin müşahidə olunduğunu bildirilib:

“Şimali Kipr Xarici İşlər Nazirliyinin bu mövzuda yaydığı açıqlamadakı mövqeyini paylaşırıq. Cənubi Kiprin bu səhv siyasətinin regionda sabitliyin və hüzurun pozulmasına şərait yarada biləcəyinə və adada silahlanma yarışının başlana biləcəyini xatırlatmaq istəyirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью