Türkiyə XİN dən Yunanısta ÇAĞIRIŞ

24.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb.

Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməklə Qərbi Trakya türk azlığının Lozanna Sülh Müqaviləsi və beynəlxalq sazişlərlə təminat altına alınan əsas hüquq və azadlıqlarını görməzdən gəlir.

"Yunanıstan öz ölkəsində rəsmi azlıq statusuna malik Qərbi Trakya türk azlığının özünün seçdiyi müftiləri tanımamaqda israr edərək azlığın iradəsini və din azadlığını nəzərə almır, əsas insan hüquqlarına təhrif olunmuş yanaşmasını bir daha ortaya qoyur.

Yunanıstan hakimiyyətini azlığın seçdiyi legitim müftiləri tanımağa və təyin olunmuş müftiləri qəbul etdirmək cəhdlərindən əl çəkməyə çağırırıq", - məlumatda vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью