Türkiyə XİN Hakan Fidanın Bakı səfəri ilə bağlı rəsmi məlumat yaydı

17.01.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-də Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" səhifəsində məlumat verilib.

"Hakan Fidan səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. Xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək", - deyə bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью