Türkiyə XİN İsrailin Suriya ərazisinə daxil olmasını qınadı

10.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Türkiyə İsrailin Suriya ərazisində irəliləməsini tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

“İsrailin Suriya torpaqlarında irəliləməsini şiddətlə qınayırıq. Suriyanın müstəqilliyi, siyasi birliyi və ərazi bütövlüyünə dəstəyimizi qətiyyətlə təkrar edirik”, - deyə bəyanatda qeyd olunub.  

Xatırladaq ki, “Al-Mayadin” portalı İsrail ordusuna məxsus zirehli texnikaların Suriya ərazisinin dərinliklərinə doğru irəlilədiyini yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью