Türkiyə XİN İstanbul danışıqları təşəbbüsünü vacib adlandırıb

29.05.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Xarici işlər naziri Hakan Fidan Rusiyanın İstanbulda Ukrayna ilə görüşmək təşəbbüsünün önəmli olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Hazırda bu, əlamətdar hadisədir. Tərəflər bu məsələ ilə bağlı bəyanat mübadiləsini davam etdirirlər", - o deyib.

O xatırladıb ki, Rusiya tərəfi iyunun 2-də keçiriləcək görüşlə bağlı ona çatdırılan təklifə cavab gözləyir.

“Biz indi Ukraynaya gedirik, orada Ukrayna hakimiyyəti ilə danışıqlar aparacağıq. Əvvəllər Rusiyada etdiyimiz kimi, orada da Türkiyənin mövqeyini, fikirlərini və atəşkəsin təcili zərurətini müzakirə edəcəyik”,- deyə Hakan Fidan bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью