Türkiyə XİN: Latakiya və ətrafında baş verən təxribatların regionda sülhə təhdid olmasına yol verilməməlidir

07.03.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Latakiya və ətrafında baş verən təxribatların Suriyada və regionda sülhə təhdid olmasına yol verilməməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Önçü Keçeli "X"-də paylaşımında qeyd edib.

Mətbuat katibi bildirib ki, Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün intensiv səylər davam etdirilir:

"Belə kritik bir zamanda Latakiya və ətrafında baş verən gərginlik, eləcə də təhlükəsizlik qüvvələrinin hədəfə alınması Suriyanı birlik və həmrəylik içində gələcəyə aparma səylərini sarsıda bilər. Biz suriyalıların sülh və rifah içində yaşamaq hüququnu hədəf alan hər cür hərəkətə qarşıyıq. Türkiyə Suriya xalqının və hökumətinin yanında olmağa davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью