Türkiyə XİN: Qardaş Azərbaycanın müstəqillik uğrunda şəhid olan qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik AZƏRTAC

20.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 20 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə XİN-in X sosial media hesabında yayımlanan paylaşımda deyilir:

“20 Yanvar 1990-cı ildə Qardaş Azərbaycanın müstəqillik uğrunda şəhid olan qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik”.

Mətn Azərbaycanın və Türkiyənin Dövlət bayraqları və 20 Yanvarla bağlı xüsusi olaraq hazırlanan foto ilə yayımlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью