Türkiyə XİN rəhbəri: ABŞ ın İrana hücumu doğru olmazdı

28.01.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” yə verdiyi müsahibədə ABŞ-ın İrana hücumunun “səhv” olacağı barədə xəbərdarlıq edərək, Vaşinqton və Tehranı məsələləri diplomatik və tədricən həll etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, Fidan Qətər televiziyasına verdiyi müsahibədə İranla kəskin şəkildə artan gərginlik fonunda ABŞ-ı regional əməkdaşlığa çağırıb. Ancaq ABŞ Yaxın Şərqdə hərbi qüvvələri gücləndirməklə məşğuldur.

Fidan bildirib ki, “Yenidən müharibəyə başlamaq düzgün deyil”.

Qeyd edək ki, ABŞ daha əvvəl Fars körfəzinə təyyarədaşıyan gəmi hücum qrupu göndərmişdi və Prezident Donald Tramp ötən ilin iyun ayında 12 günlük münaqişədən sonra İrana yeni hücumlarla hədələməkdə davam edir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью