Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dekabrın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyaya səfər edəcək.“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.“Cənab nazir 14 dekabr 2024-cü il tarixində İordaniyanın ev sahibliyi ilə təşkil ediləcək Suriya mövzulu iclasda iştirak edəcək”, – mətbuat xidmətinin dərc etdiyi press-relizdə qeyd olunub.Xatırladaq ki, daha əvvəl Türkiyənin XİN başçısı amerikalı həmkarı Antoni Blinkenlə Suriyadakı vəziyyəti müzakirə etmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.