Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
İstanbul, 1 iyun, Günel Karatepe, AZƏRTAC
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüşün keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüşün iyunun 2-də Türkiyə vaxtı ilə saat 13:00-da İstanbulun Çırağan sarayında başlaması nəzərdə tutulur.