Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq AZƏRTAC

22.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul, 22 dekabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Xarici İşlər Nazirliyi dekabrın 21-də Pakistanda naməlum silahlılar tərəfindən hərbi nəzarət-buraxılış məntəqəsinə edilən hücumla bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə XİN bəyanatında bu qanlı hadisə zamanı çox sayda hərbçinin həlak olmasından ölkəsinin dərin kədər hissi keçirdiyini vurğulayıb.

“Bu mənfur hücumu qınayır, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq”, - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, dekabrın 21-də Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlum silahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində çox sayda hərbçi öldürülüb və ya ağır yaralanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью