Türkiyə XİN xəbərdarlıq etdi: Silahlanma yarışı başlana bilər...

06.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyi Cənubi Kiprin silahlanması barədə bəyanat yayıb.

Publika.az xəbər verir ki, sənəddə Cənubi Kiprin son zamanlar silahlanma fəaliyyətini sürətləndirdiyinin müşahidə olunduğunu bildirilib.

“Şimali Kipr Xarici İşlər Nazirliyinin bu mövzuda yaydığı açıqlamadakı mövqeyini paylaşırıq. Cənubi Kiprin bu səhv siyasətinin regionda sabitliyin və hüzurun pozulmasına şərait yarada biləcəyinə və adada silahlanma yarışının başlana biləcəyini xatırlatmaq istəyirik”, - deyə bəyanatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью