Türkiyə XİN: Yunan Kiprinin silahlanması sürətlənib

06.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Cənubi Kipr Rum Administrasiyasının (Kipr Respublikası-red.) son vaxtlar silahlanma fəaliyyətlərini sürətləndirdiyini görürük”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir:

“Bu mövzuda Şimali Kipr Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada qeyd olunan fikirləri bölüşürük. Xatırlatmaq istərdik ki, Cənubi Kipr Rum Administrasiyasının izlədiyi bu yanlış siyasət bölgəmizin sabitliyini və sülhünü daha da pisləşdirə və adada silahlanma yarışına başlaya bilər”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью