Türkiyə xüsusi təyinatlıları sərhəddə: bu ölkəyə girir Təcili

02.12.2024

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə xüsusi təyinatlıları və özəl qüvvələri Suriya ilə sərhəd əraziyə yeridilib.

Bu barədə Axar.az-a Türkiyədəki özəl mənbədən bildirilib.

Qeyd edilir ki, Suriya Milli Ordusunun (Azad Suriya Ordusu) Tel-Rıfatı PKK terrorçularından təmizləməsindən sonra bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə Türkiyə xüsusi təyinatlılarının ən qısa müddətdə Suriyaya girməsi gözlənilir.

Xatırladaq ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu 8 ildir PKK-nın nəzarətində olan Tel-Rıfatı (Türkiyə sərhədindən 18 km məsafədədir – red.) terrorçulardan təmizləyib. Hazırda ASO-nun Menbiç istiqamətində hərəkət edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью