Türkiyə xüsusi təyinatlıları sərhəddə: bu ölkəyə girir TƏCİLİ

02.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyə xüsusi təyinatlıları və özəl qüvvələri Suriya ilə sərhəd əraziyə yeridilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Axar.az-a Türkiyədəki özəl mənbədən bildirilib.

Qeyd edilir ki, Suriya Milli Ordusunun (Azad Suriya Ordusu) Tel-Rıfatı PKK terrorçularından təmizləməsindən sonra bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə Türkiyə xüsusi təyinatlılarının ən qısa müddətdə Suriyaya girməsi gözlənilir.

Xatırladaq ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu 8 ildir PKK-nın nəzarətində olan Tel-Rıfatı (Türkiyə sərhədindən 18 km məsafədədir – red.) terrorçulardan təmizləyib. Hazırda ASO-nun Menbiç istiqamətində hərəkət edəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью