Türkiyə yarımfinalda Kanadaya qarşı geridönüş

23.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası FIVB Millətlər Liqasının yarımfinalına yüksəlib.

Apasport.az xəbər verir ki, Türkiyə yığması 1/4 final mərhələsində Kanada ilə qarşılaşıb. Çinin Makau Xüsusi İnzibati Bölgəsindəki “East Asian Games Dome”da keçirilən görüş türkiyəlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Kanada ilk setdə 25:22 hesabı ilə qalib gəlsə də, Türkiyə növbəti iki seti 25:21 hesabı ilə öz xeyrinə başa vurub. Sonuncu setdə isə rəqibini 25:16 hesabı ilə məğlub edən Türkiyə yığması yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyənin yarımfinaldakı rəqibi ABŞ – Çin görüşünün qalibi olacaq. Yarımfinal matçı iyulun 25-də keçiriləcək.

Azərbaycan çempionunda yeni müqavilə “Gəncə”nin üç voleybolçusu milli komandalarda Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью