Türkiyə: Yaxın Şərqdə sülh qlobal bir zərurətdir

11.06.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin BMT-dəki daimi nümayəndəsinin müavini Aslı Güven Yaxın Şərqdə artan gərginlik və qeyri-sabitliyin narahatlıq doğurduğunu bildirərək, bölgədə davamlı sülhün təmin edilməsinin qlobal əhəmiyyət daşıdığını vurğulayıb.

Turkustan.az xəbər verir ki, Aslı Güven BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində keçirilən “Yaxın Şərqdə siyasi həll yollarının təşviqi: davamlı sülh naminə vasitəçilik və dialoq” mövzusunda açıq müzakirələrdə Türkiyə adından çıxış edib.

Güven çıxışında İsrailin atəşkəs razılaşmasına baxmayaraq öhdəliklərini yerinə yetirmədiyini iddia edərək bildirib ki, region son illərin ən mürəkkəb və həssas dövrlərindən birini yaşayır.

“Qəzzada milyonlarla insan təhlükəsizlikdən məhrum və dərin qeyri-müəyyənlik şəraitində həyatını davam etdirməyə çalışır”, – deyə o qeyd edib.

Türkiyə rəsmisi həmçinin İsrailin Qərb Şəriyədə həyata keçirdiyi siyasətin işğalın dərinləşməsinə səbəb olduğunu və iki dövlətli həll perspektivlərini zəiflətdiyini bildirib. Onun sözlərinə görə, bölgədə sabitliyin bərpası üçün beynəlxalq ictimaiyyətin daha fəal və prinsipial mövqe sərgiləməsi vacibdir.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью