Türkiyə yenə çalxalanır: Aleyna, İrem saxlanıldı Siyahıda başqa adlar var

18.12.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb.

Globalinfo.az xəbər verir ki, Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Sena Yıldız nəzarətə götürülüb.

Barəsində həbs qərarı çıxarılan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlünü ünvanlarında tapmaq mümkün olmayıb.

“İstanbul Baş Prokurorluğunun 2025/219794 CBS nömrəli istintaq sənədinə əsasən, tanınmış ictimai xadimlərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələrin olduğu müəyyən edilib.

Bu çərçivədə, İstanbul İl Jandarma Komandanlığı qrupları tərəfindən 18.12.2025-ci il tarixində Sarıyer rayonu, Eyüp, Şişli, Üsküdar, Bakırköy və Esenyurt (5 ünvan) da daxil olmaqla, cəmi (7) ünvanda axtarış tədbirləri həyata keçirilib və (7) şübhəli şəxs hədəf alınıb”, – deyə bildirilib.

Günel Cəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью