Türkiyə yenə səhəri zəlzələ ilə açdı

05.06.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aralıq dənizinin Antalyanın Qazipaşa rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

Bildirilir ki, Türkiyə vaxtı ilə saat 07:32-də baş verən zəlzələ 67 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və insan itkisi barədə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью