Türkiyə yenə silkələndi, vətəndaşlar evlərini tərk etdilər

25.04.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


İstanbulda 4,3 bal gücündə zəlzələ baş verib.

Bakupost.az xəbər verir ki, zəlzələ saat 20:33-də Mərmərə dənizinin Büyükçekmece sahillərində 4,3 bal gücündə hiss olunub.

Tektonik hadisə yerin 7,01 kilometr dərinliyində baş verib. Esenyurt, Büyükçekmece və Arnavutköydə yeraltı təkanları hiss edən vətəndaşlar evlərini tərk edərək, küçələrə axışıblar.

Aygün, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью