Türkiyə yeni qeyri sabitlik mənbəyində maraqlı deyil

04.04.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə regionda yeni bir qeyri-sabitlik mənbəyinin yaranmasını və ABŞ-ın İrana hücum etməsini istəmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "Reuters"-ə açıqlamasında bildirib.

"Bölgəmiz daha bir müharibəyə, başqa bir əsas qeyri-sabitlik mənbəyinə tab gətirə bilməz. Və belə bir hücum baş verərsə, hansı eskalasiyanın ola biləcəyini bilmirik. Buna görə də biz ABŞ-ın İrana hücum etməsini istəmirik. Biz keçmişdə olduğu kimi hər iki iştirak edən tərəflər arasında sülh danışıqlarını görməliyik",- deyə o, qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью