Türkiyə yığmasının Millətlər Liqasındakı rəqibi bəlli olub

22.11.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı rəqibi bəlli olub.

"Report"un məlumatına görə, "ay-ulduzlular" A/B Liqası pley-offunda Macarıstanla üz-üzə gələcək.

Bundan əlavə, Ukrayna Belçika ilə, Avstriya Serbiya ilə, Yunanıstan isə Şotlandiya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qalib komandalar növbəti mövsüm A Liqasında, məğlublar isə B Liqasında mübarizə aparacaqlar.

Qeyd edək ki, Türkiyə millisi ilk matçını martın 20-də evdə, cavab görüşünü isə 3 gün sonra səfərdə keçirəcək. Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv B Liqasının 4-cü qrupunda 11 xalla ikinci olmuşdu.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью