Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Real''da Daniel Karvaxalın növbəti dəfə zədə alması sağ müdafiəçi transferini labüd edib.
"Football-plus.az" xəbər verir ki, ötən mövsüm aldığı ağır zədədən sentyabrda qayıdan təcrübəli futbolçu bu günlərdə yenidən zədələnərək ən azı 3 aylığa sıradan çıxıb. Elə digər sağ müdafiəçi Trent Aleksander-Arnold da hələ ki, zədələr üzündən Madrid nəhəngində özünü göstərə bilməyib.
İddialara inansaq, ''Kral klubu''nun diqqət mərkəzində saxladığı sağ müdafiəçilərdən biri ''Roma''lı Zəki Çəlikdi. Daha doğrusu, türkiyəli futbolçunun meneceri onun xidmətini ''Real''a təklif edib. Bu xəbəri ''Defensa Central'' yayıb. Amma xəbərin davamında ''Real'' rəhbərliyinin hələ bu mövzuda qərar vermədiyi qeyd olunub. Transfer baş tutsa, Zəki Arda Gülərin ardından ''Real''ın indiki heyətində yer alan ikinci türkiyəli futbolçuya çevriləcək.
Bir müddət öncə ''blankos''un daha bir türkiyəli ulduz Kənan Yıldıza maraq göstərdiyi haqda xəbərlər peyda olmuşdu. Zəki Çəliki digər klublar üçün maraqlı edən daha bir məqam onun müqavilə müddətinin mövsümün sonunda başa çatmasıdı. Ancaq ''Roma'' Türkiyə yığmasının üzvündən razıdı və onun müqaviləsini yeniləmək arzusundadı.
2022-ci ildən ''Roma''nın şərəfini qoruyan 28 yaşlı futbolçu bu mövsüm 10 rəsmi oyunda iştirak edərək aktivinə 1 məhsuldar ötürmə yazıb.