TürkiyəAzərbaycan tranzit keçid sənədi kvotası artırılıb İki ölkə arasında ixracın 81 faizi quru yolla həyata keçirilir

17.12.2024

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə ilə Azərbaycan arasında tranzit keçid sənədi kvotası artırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

O bildirib ki, Türkiyədən Azərbaycana ixracın 81 faizi quru yolla həyata keçirilir: "Türkiyə ilə Azərbaycan arasında tranzit keçid sənədi kvotası 35 mindən 100 minə qaldırılıb. Ümumi keçid sənədlərinin sayı artıq 180500-ə çatıb. Quru daşımalarında son illərdə istifadə edilən tranzit keçidlərində əhəmiyyətli artıma nail olduq. Bu addımla biz avtomobil daşımalarında səmərəliliyin artırılması və ticarətin sürətləndirilməsini daha da yüksəltməyə nail olacağıq".

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью