TürkiyəAzərbaycan Universitetində plan yerləri artırılacaq RƏSMİ

11.12.2024

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Türkiyə-Azərbaycan Universitetində (TAU) plan yerlərinin artırılması nəzərdə tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Universitetin mətbuat katibi Sevinc İsgəndərova məlumat verib.

O bildirib ki, hazırda Türkiyə-Azərbaycan Universitetində 3 ixtisas üzrə 83 tələbə təhsil alır: "Növbəti ildən əlavə olaraq 150 tələbənin də qəbulu planlaşdırılır".

Açıqlamada deyilir ki, hazırda ali təhsil müəssisəsində oxuyan tələbələrin hamısı Azərbaycan vətəndaşlarıdır. “Türkiyəli tələbələrin TAU-ya qəbulu ilə bağlı hər hansı qərar olduqda ictimaiyyətə açıqlanacaq”, - mətbuat katibi deyib.

Xatırladaq ki, 2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə 90 plan yeri ayrılıb, qəbul imtahanlarında uğur qazanan 83 nəfər 3 ixtisas üzrə ( Kompüter mühəndisliyi, Qida mühəndisliyi və Sənaye mühəndisliyi) sözügedən ali təhsil ocağını seçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью