TürkiyəAzərbaycan Universitetinə bu qədər tələbə QƏBUL EDİLƏCƏK

21.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Növbəti ildə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait proqnozlaşdırılıb. SİA-nın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ötən gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 87 tələbə təhsil alır, növbəti ildə əlavə 150 tələbə qəbulu planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью