Türkiyədə 1 ayda 36 qadın kişilər tərəfindən qətlə yetirilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

10.12.2024

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Türkiyədə qadınların kişilər tərəfindən öldürülməsi davam edir.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Qadın Dərnəkləri Federasiyası biabırçı hesabatı açıqlayıb.

İş o yerə çatıb ki, təkcə noyabr ayında 36 qadın kişi vəhşiliyinin qurbanı olub.

2024-cü il yanvarın 1-dən bu yana qətlə yetirilən qadınların sayı 394 nəfər olub.

Bu qadınların 189-u evli, 131-i subay, 13-ü isə dini nikahda olub. 151 qatil ailədən, 97 qatil boşanma prosesində olan kişilər olub.

39 qatil qadınların münasibətdə olduğu kişilərdir. Bu qırğınlarda daha çox odlu silahdan istifadə olunub. Yaşadıqları ev qadınların məzarına çevrilib.

Oksana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью