Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Trabzonda bəy evinin keçirdiyi toy mərasimində paylanan yeməklərdən yeyən təxminən 100 qonaq zəhərlənmə şübhəsi ilə xəstəxanalara aparılıb.
Bakupost.az xəbər verir ki, məclisdə qonaqlara toyuqlu plov və dolma verilib. Yeməkləri yeyən əksəriyyət mədə bulanması ilə xəstəxanaya aparılıb.
Hadisənin qurbanlarından biri, “Yeməkdən sonra geri dönüş yolunda hamının mədəsi bulandı. Yolda qusduq, amma bəzilərinin vəziyyəti ağır idi”.
Digər zəhərlənmiş qonaq, “Hazırda yaxşıyam, amma taqətim yoxdur. Toyuq yedim, kaş yeməzdim”.
Xəstəxanaya müraciət edənlərin əksəriyyətinin mədəsi yuyulub. Bəzilərinə sistem qoşulub
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Cavid, BakuPost