Türkiyədə 10dan çox insan saxta spirtli içkidən zəhərlənib

14.01.2025

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda saxta spirtli içkidən kütləvi zəhərlənmə olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Əldə edilən məlumata görə, 26-sı əcnəbi olmaqla ümumilikdə 38 nəfər saxta spirtli içki qəbul etdikdən sonra şəhərin müxtəlif xəstəxanalarına şikayətlə müraciət edib.

"24 saat ərzində xəstəxanaya yerləşdirilən 38 nəfərdən 11-i dünyasını dəyişib", - deyə agentlik bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью