Türkiyədə 115 nöqtədəki yanğından 110 u nəzarət altına alınıb

30.07.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə 115 nöqtədəki yanğının 110-u tamamilə nəzarət altına alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı iyulun 29-dan başlayan meşə yanğınları ilə bağlı son vəziyyətdən danışarkən bildirib.

Onun sözlərinə görə, Balıkesir - Edremit, Çanakkale - Ayvacık, Antalya - Kumlucadakı meşə yanğınları da nəzarət altına alınıb.

Nazir qeyd edib ki, iyulun 29-dan Türkiyədə 69-u meşə xarici olmaqla 115 yanğına müdaxilə olunub, 110-u tamamilə nəzarət altına alınıb.

"Hazırda hadisə yerlərində 21 təyyarə, 69 helikopter, 500-ə yaxın su maşını və 3 min 500-dən çox şəxsi heyət xidməti vəzifəsini icra edir", - o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью