Türkiyədə 12 min litr saxta mühərrik yağı aşkarlandı

03.06.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Türkiyənin Kocaeli vilayətində bazar dəyəri təxminən 11 milyon lirə olan 11 min 970 litr saxta mühərrik yağı ələ keçirilib.

Redaktor.az xəbər verir ki, Valilikdən verilən məlumata görə, qaçaqmalçılıqla mübarizə çərçivəsində aparılan əməliyyat zamanı, sənaye müəssisələrindən toplanan tullantı yağların təmizlənərək tanınmış markaların saxta qablarına doldurulub satışa çıxarıldığı müəyyən edilib.

Əldə olunan məlumat əsasında həmin şəxsin müəssisəsinə əməliyyat təşkil edilib.

Əraziyə baxış zamanı, ümumi bazar dəyəri 11 milyon lirəyə yaxın olan 11 min 970 litr saxta mühərrik yağı, çox sayda saxta qutu və etiket aşkarlanıb.

Hadisə ilə bağlı 2 şübhəli şəxs barəsində hüquqi araşdırma başlandığı bildirilib.

Kənan YUSİF 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью