Türkiyədə 12 şübhəli saxlanılıb

26.01.2025

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Ankara və İstanbul şəhərlərində tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib. SİA xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində Osmanlı dövrünə aid bazar dəyəri 1,5 milyon türk lirəsi olan 243 əsər ələ keçirilib.

Həmçinin 12 şübhəli şəxs saxlanılıb.

Qeyd olunub ki, ələ keçirilən tarixi əsərlər arasında müxtəlif növ eksponatlar var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью