Türkiyədə 135 milyonluq yeni neft yataqları tapıldı

09.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyənin Şırnak vilayətindəki Qabar bölgəsində daha iki yeni neft yatağı müəyyən edilib. Bu yataqların ümumi neft potensialı 135 milyon barrel qiymətləndirilir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Qabarda Türkiyənin ən yüksək keyfiyyətli nefti hesab olunan 75,4 milyon barrel neft hasil edilir. 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun istismara verilməsi ilə gündəlik hasilatın 100 min barreli ötəcəyi gözlənilir. Bunun Türkiyə iqtisadiyyatına illik 4,4 milyard dollar töhfə verəcəyi bildirilir.

Ərdoğan, həmçinin Qara dənizdə hasil olunan təbii qazın hazırda 4 milyon ev təsərrüfatının tələbatını ödədiyini, “Osmanqazi” gəmisinin fəaliyyəti ilə bu göstəricinin 8 milyona çatdırılmasının planlaşdırıldığını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью