Türkiyədə 14 avtomobil yandı FOTO

07.12.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İstanbulun (Türkiyə) Qaziosmanpaşa rayonundakı avtodayanacaqda yanğın baş verib.

Bakıvaxtı.az "Haber Global"a istinadən məlumat verir ki, yanğın nəticəsində dayanacaqda park edilmiş 14 nəqliyyat vasitəsinə ziyan dəyib.

Yanğının ildırım vurması nəticəsində baş vermə ehtimalı araşdırılır.

Zədələnmiş 14 nəqliyyat vasitəsinə dəyən ziyanın miqyası əlavə araşdırmalardan sonra müəyyən ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью