Türkiyədə 16 yaşlı oğlan 2 polisi öldürdü

08.09.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Türkiyənin İzmir şəhərində silahlı insident baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Balçova şəhərində 16 yaşlı oğlan ov tüfəngi ilə polis bölməsinə hücum edib. Nəticədə 2 polis həlak olub, daha bir nəfər yaralanıb. 

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya hücumla bağlı açıqlama verərək,  hadisəni törədən şəxsin saxlanıldığını açıqlayıb. 

Digər təfərrüatlar açıqlanmayıb. 

Gülayə Mecid 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью