Türkiyədə 1,7 milyard dollar dəyərində qızıl yataqları aşkar edildi

05.11.2025

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin mərkəzi Sivas vilayətində potensial həcmi 424 min unsiya (təxminən 12 ton) olan qızıl yatağı aşkar edilib.

Turkustan.az xəbər verir ki, indiki məzənnə ilə bu, təxminən 1,7 milyard ABŞ dollarıdır.

Bu barədə “Ermaden” mədən şirkətinin İctimaiyyəti Açıqlama Platformasının saytında dərc olunmuş məqaləsində deyilir.
“Gələn ilin ikinci rübünün sonuna kimi biz bu regionda konsolidasiya qazma işlərini tez bir zamanda başa çatdırmağı və bütün mümkün ehtiyatları real ehtiyatlara çevirməyi planlaşdırırıq”, - şirkətdən bildiriblər.
Bildirilir ki, geoloji kəşfiyyat işləri nəticəsində təqribən 14,9 milyon ton filizdə hər ton qızılın orta tərkibi 0,89 qram olan 424 min unsiya qızıl aşkar edilib.
Ərazidə kəşfiyyat qazma işləri davam edir və potensial qızıl ehtiyatları arta bilər.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью