Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Bursa və İstanbul şəhərlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
"Haber Global" xəbər verir ki, əməliyyat oktyabrın 20-də Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilib.
Araşdırma zamanı 22 şübhəli saxlanılıb, onlardan 17-si hakimin qərarı ilə həbs olunub.
İstintaq çərçivəsində 11 kiloqram 601 qram sintetik kannabinoid (bonzai) xammalı, 1 kiloqram 595 qram kokain, 1 ədəd qanunsuz odlu silah, 18 ədəd patron, tüfəng, narkotik vasitələrin qanunsuz satışından əldə edildiyi ehtimal olunan 583 min 800 Türkiyə lirəsi (11 745,58 ABŞ dolları) aşkarlanaraq müsadirə edilib.
///report///