Türkiyədə 2 bələdiyyə sədri terror qruplaşmaları ilə əlbir olduqlarına görə HƏBS EDİLDİ

22.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə 2 bələdiyyə sədri vəzifələrindən azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tunceli bələdiyyə sədri Cevdet Konak və Ovacık bələdiyyə sədri Mustafa Sarıgül terror qruplaşmaları ilə əlbir olduqları şübhəsi ilə işdən çıxarılıblar.
Onlar PKK/KCK silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə həbs ediliblər.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью