Türkiyədə 2 həftədə 1811 narkotik alverçisi saxlanılıb

16.09.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Türkiyə polisi 74 vilayətdə eyni vaxtda keçirdiyi əməliyyatlar zamanı 1 ton 183 kiloqram narkotik və 790 min narkotik həb ələ keçirib. 


Missiya.Az "TRT haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. 

Bildirilib ki, əməliyyatlar zamanı 1811 şübhəli saxlanılıb. 

Yerlikaya açıqlamasında onu da qeyd edib ki, biz narkotik alverçilərinə cinayətlərinin ən ağır bədəlini ödəməyə məcbur edirik. 

İlahə Qənbərli
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью