Türkiyədə 250 dən çox futbolçu federasiya binasının qarşısında aksiya keçirib | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Futbol Federasiyasının III Liqa klubları üçün qəbul etdiyi 25 yaşdan yuxarı cəmi beş futbolçunun meydana buraxılacağı ilə bağlı qərarı 250 futbolçunun qəzəbinə səbəb olub.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, 250-dən çox futbolçu Türkiyə Futbol Federasiyasının binasının qarşısında aksiya keçirib.
Federasiya rəsmiləri aksiyanı dayandırmaq üçün üç futbolçu ilə görüşüb qarşı tərəfin fikrini öyrənmək istəsələr də, tərəflər ortaq qərara gəlməyiblər.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının qəbul etdiyi qərar 1500-dən çox futbolçunun karyerasını bitirməsinə səbəb olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu