Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır

31.12.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb.
Əldə olunan məlumatlara görə, sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də xilasetmə qruplarının bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью