Türkiyədə 30 maşın toqquşdu: 51 yaralı var

10.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Türkiyənin Van-Erciş avtomobil yolunda zəncirvari qəza baş verib. 

Globalinfo.az  xəbər verir ki, ərazidə dumanlı hava və yolun buzlu olması səbəbindən 30 avtomobil toqquşub.

Məlumata görə, hadisə yerinə Türkiyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gəliblər.

Qəza nəticəsində 51 nəfər yaralanıb, bir nəfər isə ölüb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью