Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Türkiyənin Adana vilayətində 38 yaşlı şəxs süni ot örtüyü olan meydançada futbol oynayan zaman ölüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə dünən axşam saatlarında Çukurova rayonunda baş verib. 3 uşaq atası olan Həsən Bakırxan futbol oynadığı zaman hgalı pisləşib və yerə yıxılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım xidməti əməkdaşlarının müdaxiləsinə baxmayaraq, onun həyatını xilıas etmək mümkün olmayıb.